Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı «Royal Bank of Scotland»dan ilk kredit tranşını alıb

Azərbaycan Beynəlxalq Bankı «Royal Bank of Scotland»dan ilk kredit tranşını alıb
# 14 oktyabr 2009 14:11 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) «Royal Bank of Scotland» bankından ümumilikdə 100 mln. ABŞ dolları həcmində kredit cəlb edəcək.

Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyevin «APA-Economics»ə verdiyi məlumata görə, artıq kreditin 20 mln. dollarlıq ilk tranşı ABB-yə köçürülüb. Növbəti tranşlar isə 20-30 mln. manat olmaqla hissə-hissə ayrılacaq.

C.Hacıyevin sözlərinə görə, bu vəsaitlərin bank tərəfindən ölkənin ümumi iqtisadi inkişafına yatırılması nəzərdə tutulub.

Xatırladaq ki, Azərbaycan və regionun ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir. Səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur. Hazırda bankın respublika üzrə 37 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR