Bank Of Baku

VTB (Azerbaijan) bankı gələn aydan fəaliyyətini aktivləşdirəcək

VTB (Azerbaijan) bankı gələn aydan fəaliyyətini aktivləşdirəcək
# 14 oktyabr 2009 14:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Rusiya «VneşTorqBank»ının (VTB) Azərbaycandakı törəmə təşkilatı olan VTB (Azerbaijan) bankı noyabr ayından etibarən fəaliyyətini aktivləşdirəcək. «APA-Economics»in məlumatına görə, bunu VTB (Azerbaijan) bankının İdarə Heyətinin sədri Oleq Krasnojon bildirib.

Onun sözlərinə görə, 2009-cu ilin noyabr ayından etibarən bank korporativ, orta və kiçik biznesə diqqət yetirmək, həmçinin bir sıra digər layihədə iştirak etmək niyyətindədir: «Bankın daxili strukturu hazırlandıqdan sonra, biz irimiqyaslı fəaliyyətə başlayacağıq. Azərbaycanda bir sıra maraqlı layihə icra olunur ki, biz həmin layihələrdə iştirak edə bilərdik».

Bundan başqa, O.Krasnojon bildirib ki, VTB (Azerbaijan) kapitallaşmanı artırmaq niyyətindədir. Bankın rəhbəri qida məhsulları, ticarət əməliyyatlarının həyata keçirilməsi və digər sahələrdə VTB (Azerbaijan) bankının yardım etməsinə hazır olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR