Bank Of Baku

«Paşa Bank»ın digər banklara kreditləri aktivlərin 1/3-ni təşkil edir

«Paşa Bank»ın digər banklara kreditləri aktivlərin 1/3-ni təşkil edir
# 14 oktyabr 2009 14:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın «Paşa Bank» Açıq Səhmdar Cəmiyyəti tərəfindən ölkənin digər banklarına təqdim olunan kreditlərin həcmi bankın ümumi aktivlərinin 30-33%-ni təşkil edir. «APA-Economics»in məlumatına görə, bunu «Paşa Bank»ın İdarə Heyətinin sədri Fərid Axundov bildirib.

Onun sözlərinə görə, «Paşa Bank» Azərbaycanda fəaliyyət göstərən digər bir neçə banka kreditlər verib ki, bu əməliyyatların «Paşa Bank»ın aktivlərinin təxminən 30-33%-ni təşkil edir: «Hazırda bankın aktivlərinin həcmi 250 mln. manat, nizamnamə kapitalı 100 mln. manat, məcmu kapitalı isə 122 mln. manat təşkil edir».

Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Bank» ASC 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR