Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı gələn il əsas diqqəti qiymət və maliyyə stabilliyinə yönəldəcək

Azərbaycan Mərkəzi Bankı gələn il əsas diqqəti qiymət və maliyyə stabilliyinə yönəldəcək
# 14 oktyabr 2009 14:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) 2010-cu il üçün pul-kredit siyasətinin layihəsini hazırlayır. «APA-Economics»in məlumatına görə, bunu AMB-nin baş direktoru Xəqani Abdullayev bildirib.

X.Abdullayevin sözlərinə görə, yeni pul-kredit siyasətinin layihəsinin əsas istiqamətləri monetar və bank sisteminin tənzimlənməsi ilə bağlıdır (maliyyə böhranı dövründən sonrakı strategiya): «Böhrandan sonrakı dövrdə biz əsas diqqətimizi qiymətlərin stabilliyinin təmin olunması və maliyyə stabilliyinin qorunmasına yönəldəcəyik».

X.Abdullayev onu da qeyd edib ki, hazırda AMB beynəlxalq bank normativlərinin çeşidi (Basel-2) və risklərin nizamlanması üzrə müzakirələr aparır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR