Bank Of Baku

«ABB-Moskva» beynəlxalq pulköçürmə sistemi yaradır

«ABB-Moskva» beynəlxalq pulköçürmə sistemi yaradır
# 14 oktyabr 2009 14:54 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərbaycan Beynəlxalq Bankı-Moskva» (ABB-Moskva) «MBA-Express» adlı pulköçürmə sistemi yaradıb. Bu barədə «APA-Economics»ə «ABB-Moskva»nın İdarə Heyətinin sədri Fuad Abdullayev məlumat verib.

F.Abdullayevin sözlərinə görə, hazırda bu sistem Azərbaycan, Rusiya və Gürcüstanda mütərilərə xidmət göstərir: «Biz bu sistem üzərində təkmilləşdirmə apararaq bunu beynəlxalq bir sistemə çevirəcəyik. Hazırda bu istiqamətində müvafiq işlər aparılır».

Qeyd edək ki, «ABB-Moskva» hazırda «Contact» və «Migom» beynəlxalq pulköçürmə sistemlərinin xidmətlərindən də istifadə edir.

Xatırladaq ki, təsisçisi ABB (100%) olan «ABB-Moskva» 2002-ci ilin yanvarından fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 10,5 mlrd. rubl, kredit portfeli 8,1 mlrd. rubl, məcmu kapitalı isə 1,2 mlrd. rubl təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR