Bank Of Baku

Qennadi Soldatenkov: «MDB-nin bank sistemində kredit portfellərinin keyfiyyəti pisləşib»

Qennadi Soldatenkov: «MDB-nin bank sistemində kredit portfellərinin keyfiyyəti pisləşib»
# 14 oktyabr 2009 15:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Hazırda MDB ölkələrində fəaliyyət göstərən kommersiya banklarının maliyyə böhranının təsirindən bərpası müşahidə olunur. «APA-Economics»in məlumatına görə, bunu bu gün Bakıda işə başlayan «MDB-nin maliyyə və bank sistemlərinin dayanıqlılığının yüksəldilməsi» mövzusunda II Beynəlxalq Bank Konfransında çıxış edən Rusiya «VneşTorqBank»ının İdarə Heyətinin sədr müavini Qennadi Soldatenkov bildirib.

Onun sözlərinə görə, MDB-nin Azərbaycan, Belarus, Qazaxıstan və Rusiya kimi ölkələrində bank sistemində əmanətlərin bərpası, həmçinin aktivlərin artması müşahidə olunur: «Lakin buna baxmayaraq, hələ də MDB-nin bank sistemində müəyyən problemlər yaşanır. Məsələn, kredit portfellərinin keyfiyyəti pisləşib. Ümumilikdə isə, MDB-də fəaliyyət göstərən bankların müddəti ötmüş kreditlərinin xüsusi çəkisi 2%-dən 30%-dək dəyişir».

Xatırladaq ki, MDB Maliyyə-Bank Şurası tərəfindən təşkil olunmuş konfransın (14-15 oktyabr) informasiya dəstəyi BNE (www.businessneweurope.eu) portalına məxsusdur.

Qeyd edək ki, APA İnformasiya Agentliyi (www.apa.az) beynəlxalq konfransın təşkilatçıları tərəfindən tədbirin rəsmi informasiya tərəfdaşı seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR