Bank Of Baku

«Kövsər Bank» yeni səhm emissiyasının yerləşdirilməsinə başlayıb

«Kövsər Bank» yeni səhm emissiyasının yerləşdirilməsinə başlayıb
# 15 oktyabr 2009 06:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın «Kövsər Bank» Açıq Səhmdar Cəmiyyətinin Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyata alınan sənədsiz adlı adi səhmlərinin birjada yerləşdirilməsinə başlanılıb.

Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 200 manat, sayı 1 000 ədəd, emissiyanın ümumi həcmi isə 200 min manat təşkil edir. Emissiyanın yerləşdirilməsi uğurla başa çatacağı təqdirdə ASC-nin nizamnamə kapitalının 2% artaraq 10,220 mln. manata çatacağı gözlənilir. Emissiyanın yerləşdirilməsində anderrayter rolunda «Standard Capital» şirkəti çıxış edir.

Xatırladaq ki, «Kövsər Bank» ASC 1989-cu ildə «Universal Bank» kimi yaradılıb. Bank 2003-cü ildən İslam Bankları Assosiasiyasının (İBA), o cümlədən İslam Bankları və Maliyyə İnstitutlarının Audit və Mühasibat Təşkilatının üzvüdür. Cari ilin aprel ayının 1-nə «Kövsər Bank»ın aktivlərinin həcmi 16,843 mln. manat, depozit portfeli 2,479 mln. manat, məcmu kapitalı 10,239 mln. manata, o cümlədən nizamnamə kapitalı 10,020 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 2 filialı, 1 mübadilə məntəqəsi fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR