Bank Of Baku

Bu ilin sonunadək Azərbaycandakı bankların xarici borclarının artacağı gözlənilir

Bu ilin sonunadək Azərbaycandakı bankların xarici borclarının artacağı gözlənilir
# 15 oktyabr 2009 06:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sonuna Azərbaycanda fəaliyyət göstərən səhmdar kommersiya banklarının xarici borclarının 2008-ci ilin yekunları səviyyəsində qalacağı gözlənilir. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Xəqani Abdullayev bildirib.

Onun sözlərinə görə, ölkədə fəaliyyət göstərən banklar bu il xaricdən 600 mln. ABŞ dolları həcmində vəsait cəlb edib. Bununla yanaşı, əvvəlki borclardan banklarımız 1 mlrd. dollarını xarici kreditorlara qaytarıb: «Nəticədə, 400 mln. dollarlıq müsbət saldo yaranıb. Lakin ilin sonunadək banklar xaricdən bir qədər də vəsait cəlb edəcək ki, 2009-cu ilin sonunda bankların xarici borclarının həcminin ötən ilki kimi, yəni 2 mlrd. dollar səviyyəsində olacağı gözlənilir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR