Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı məzənnə siyasətinin çevikliyini gücləndirəcək

Azərbaycan Mərkəzi Bankı məzənnə siyasətinin çevikliyini gücləndirəcək
# 15 oktyabr 2009 07:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) uzunmüddətli perspektivdə məzənnə siyasətinin çevikliyini gücləndirəcək. «APA-Economics»in məlumatına görə, bunu AMB-nin baş direktoru Xəqani Abdullayev bildirib.

Onun sözlərinə görə, 2009-cu ilin spesifikasını nəzərə alaraq, AMB gələn il ərzində də manatın stabilliyini təmin edəcək: «Lakin uzunmüddətli perspektivdə Mərkəzi Bank valyuta məzənnəsinin çevikliyini gücləndirəcək ki, bunu bizə həmçinin Beynəlxalq Valyuta Fondu tövsiyə edib».

X.Abdullayev həmçinin qeyd edib ki, Azərbaycan üçün manatın digər valyutalara qarşı ortaölçülü məzənnəsi valyuta siyasətinin icrasının əsas göstəricisidir: «Hazırda bu məzənnə üzrə dinamika sıfıra bərabərdir. Real effektiv məzənnəyə gəldikdə isə, cari ilin ilk 9 ayında bu məzənnə 4% ucuzlaşıb».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR