Bank Of Baku

Bakıda beynəlxalq bank konfransı keçirilir

Bakıda beynəlxalq bank konfransı keçirilir
# 15 oktyabr 2009 07:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev, Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Bakıda “MDB-nin maliyyə və bank sistemlərinin dayanıqlılığının yüksəldilməsi” mövzusunda II Beynəlxalq Bank Konfransı işini davam etdirib.

APA-Economics”in məlumatına görə, konfransın ikinci günündə MDB ölkələrinin iqtisadiyyatlarının real sektorlarına uzunmüddətli investisiya resurslarının cəlb edilməsi, maliyyə vasitəçiliyinin səviyyəsinin yüksəldilməsi, bank məhsulları spektrinin genişləndirilməsi, gəlir mənbələrinin diversifikasiyası, risklərlə idarəetmə səviyyəsinin effektivliyinin artırılması, MDB dövlətlərinin bank sistemlərinin fəaliyyət təcrübəsi, iqtisadiyyatın real sektoruna investisiya qoyuluşu və kredit verilməsində özəl sektorla dövlət arasında əməkdaşlığın inkişafı, kiçik və orta biznesin kreditləşməsi – MDB ölkələrinin inteqrasiya olunmuş milli iqtisadiyyatlarının inkişafının əsasıdır, layihə maliyyələşdirilməsi, sindikatlaşmış kreditləşmə və vençur maliyyələşməsi MDB iqtisadiyyatlarının real sektorlarının maliyyələşməsinin mütərəqqi formaları kimi məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, MDB Maliyyə-Bank Şurası tərəfindən təşkil olunmuş konfransın informasiya dəstəyi BNE (www.businessneweurope.eu) portalına məxsusdur. APA İnformasiya Agentliyi beynəlxalq konfransın təşkilatçıları tərəfindən tədbirin rəsmi informasiya tərəfdaşı seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR