Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı son 1,5 il ərzində 1,2 mlrd. dollarlıq xarici borc ödəyib

Azərbaycan Beynəlxalq Bankı son 1,5 il ərzində 1,2 mlrd. dollarlıq xarici borc ödəyib
# 15 oktyabr 2009 08:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) 2008-ci il və 2009-cu ilin birinci yarısında xarici maliyyə qurumlarına ümumilikdə 1,2 mlrd. ABŞ dolları həcmində borc qaytarıb.

Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyevin «APA-Economics»ə verdiyi məlumata görə, xarici öhdəliklərin yerinə yetirilməsi ilə yanaşı bankın yenidən xaricdən vəsaitlərin cəlb edilməsini davam etdirib. Belə ki, artıq yaxın günlərdə ABB sindikatlaşdırılmış və digər kreditlər cəlb edəcək.

Xatırladaq ki, Azərbaycan və regionun ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir. Səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur. Hazırda bankın respublika üzrə 37 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR