Bank Of Baku

MDB ölkələri daxili hesablaşmalarda dolların vasitəçiliyindən imtina etməyə hazırlaşır

MDB ölkələri daxili hesablaşmalarda dolların vasitəçiliyindən imtina etməyə hazırlaşır
# 15 oktyabr 2009 08:41 (UTC +04:00)
Bakı - APA-Economics. MDB üzvü olan ölkələr öz hesablaşmalarında dolların vasitəçiliyindən imtina etmək niyyətindədirlər. “APA-Economics”in xəbərinə görə, bunu “Rossiyskaya qazeta”ya açıqlamasında MDB Dövlətlərarası Bankının prezidenti İqor Suvorov deyib.
İ.Suvorov bildirib ki, qarşılıqlı hesablaşmalarda milli valyutalara keçilməsi pul köçürmələrini on dəfələrlə ucuzlaşdıracaq: “Hazırda MDB şirkətləri arasında ödəmələr ABŞ və Qərb bankları vasitəsilə aparılır. Ona görə də pul köçürmələrinin həyata keçirilməsi 1-2 gün vaxt aparır, komisyon haqları isə uzaq xaricdən olan vasitəçilərə çatır”.
İ.Suvorov hesab edir ki, MDB ölkələrinə vahid ödəmə-hesablaşma sistemi lazımdır: “Bunun operatoru isə 15 il əvvəl MDB ölkələri tərəfindən təsis olunmuş Dövlətlərarası Bank ola bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR