Bank Of Baku

Dekabrda ALŞA-nın toplantısı keçiriləcək

Dekabrda ALŞA-nın toplantısı keçiriləcək
# 15 oktyabr 2009 09:41 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin dekabr ayında Azərbaycan Lizinq Şirkətləri Assosiasiyasının (ALŞA) növbəti iclası keçiriləcək. Bu barədə «APA-Economics»ə ALŞA-nın prezidenti Elçin Əhmədov məlumat verib.

E.Əhmədovun sözlərinə görə, iclasda Assosiasiya tərəfindən «Lizinq haqqında» qanun layihəsinin hazırlanması və lizinq şirkətlərinin ƏDV-dən azad edilməsi ilə bağlı məsələlər ətrafında müzakirələr aparılacaq.

Xatırladaq ki, ALŞA 2004-cü ildən fəaliyyət göstərir. Hazırda quruma 8 lizinq şirkəti üzvdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR