Bank Of Baku

«Texnikabank»ın depozit portfeli son bir ildə 11% artıb

«Texnikabank»ın depozit portfeli son bir ildə 11% artıb
# 15 oktyabr 2009 09:43 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Texnikabank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin oktyabr ayının 1-nə 449,996 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 11,4% genişlənərək 149,327 mln. manat, kredit portfeli 13,4% artaraq 346,950 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 24,3% azalaraq 52,928 mln. manat olub. Bu müddət ərzində bankın məcmu kapitalı 4,6% artaraq 60,081 mln. manata, o cümlədən nizamnamə kapitalı 55% artaraq 41,712 mln. manata çatıb.

Qeyd edək ki, bu dövrdə bankın ümumi gəlirləri 10,7% azalaraq 49,324 mln. manat, xərcləri isə 12,9% artaraq 39,743 mln. manat olub. Nəticədə, bankın mənfəəti son bir ildə təxminən 2 dəfə azalaraq 9,581 mln. manat təşkil edib.

Bundan başqa, bu müddətdə bank tərəfindən əlavə 9 bankomat və 15 POS-terminal quraşdırılıb. Həmçinin, bankın işçilərinin sayı 4,4% artaraq oktyabrın 1-nə 592 nəfərə çatıb.

Xatırladaq ki, «Texnikabank» SKB 1993-cü ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 35 filialı, 55 bankomatı və 342 POS-termanlı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR