Bank Of Baku

«NBCBank» son bir ildə kredit portfelini 33% genişləndirib

«NBCBank» son bir ildə kredit portfelini 33% genişləndirib
# 15 oktyabr 2009 09:54 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «NBCBank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin oktyabr ayının 1-nə 49,258 mln. manat təşkil edib ki, bu da ötən ilin oktyabrın 1-nə olan göstəricidən 31,7% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 0,3% genişlənərək 3,596 mln. manata, kredit portfeli 32,8% artaraq 40,533 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 23% artaraq 29,639 mln. manata çatıb. Bununla yanaşı, bankın məcmu kapitalı 22,6% artaraq 18,240 mln. manat, o cümlədən nizamnamə kapitalı 14,8% artaraq 15,598 mln. manat təşkil edib.

Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın gəlirləri 2,2 dəfə artaraq 13,996 mln. manata, xərcləri isə 2,3 dəfə artaraq 12,482 mln. manata çatıb. Nəticədə, son bir ildə bankın mənfəəti 89% artaraq 1,514 mln. manat təşkil edib.

Bundan başqa, bank bu müddət ərzində əlavə 1 filial açıb, həmçinin 1 bankomat quraşdırıb. Cari ilin oktyabr ayının 1-nə bankın işçilərinin sayı 13,1% artaraq 147 nəfər, orta aylıq əmək haqqı isə 6,9% azalaraq 367 manat təşkil edib.

Xatırladaq ki, «NBCBank» SKB 1992-ci ildə «Ruzi Bank» kimi yaradılıb və 2002-ci ildə bankın brendi dəyişdirilib. Hazırda bankın respublika üzrə 7 filialı, 5 bankomatı və 44 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR