Bank Of Baku

Şahmar Mövsümov: «Azərbaycanın 2010-cu il dövlət büdcəsinin layihəsində neftin baza qiymətinin 45 dollar götürülməsi düzgün addımdır»

Şahmar Mövsümov: «Azərbaycanın 2010-cu il dövlət büdcəsinin layihəsində neftin baza qiymətinin 45 dollar götürülməsi düzgün addımdır»
# 15 oktyabr 2009 10:04 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın 2010-cu il üçün dövlət büdcəsinin layihəsi tərtib olunarkən neftin baza qiyməti 45 dollar/barel səviyyəsində götürülməsi reallığa uyğundur. «APA-Economics»in bildirdiyinə görə, bu barədə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov bildirib.

«Dövlət büdcəsində neftin qiymətinin 45 dollar götürülməsi düzgün addımdır və bu məsələdə mühafizəkar olmaq lazımdır. Nəzərə almaq lazımdır ki, bu gün neftin qiyməti 70 dollar ətrafında formalaşır», - deyə Ş.Mövsümov əlavə edib.

Qeyd edək ki, 2009-cu ilin dövlət büdcəsi tərtib olunarkən neftin baza qiyməti 70 dollar/barel səviyyəsində götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR