Bank Of Baku

İqtisadiyyat sahəsində dünyanın ən nüfuzlu ekspertlərinin reytinqi açıqlanıb

İqtisadiyyat sahəsində dünyanın ən nüfuzlu ekspertlərinin reytinqi açıqlanıb
# 15 oktyabr 2009 10:17 (UTC +04:00)
Bakı – APA-Economics. “Forbes” jurnalı iqtisadiyyat sahəsində dünyanın ən nüfuzlu ekspertlərinin reytinqini dərc edib. “APA-Economics”in xəbərinə görə, ilk onluğa üç milyarder, altı iqtisadçı və bir jurnalist daxildir.
Reytinq cədvəlinin ilk pilləsində ABŞ-ın Miçiqan Universitetinin akademiki Si Key Praxalad qərarlaşıb. O, öz fəaliyyətini biznesin məsuliyyəti və onun aclıqla, yoxsulluqla mübarizədə rolu mövzuları üzərində qurub.
İkinci və üçüncü yerləri iki Nobel mükafatı laureatı tutur - Prinston Universitetinin professoru Pol Kruqman və “kasıbların bankı” sayılan “Grameen”in banisi Məhəmməd Yunus.
Siyahıdakı yeganə jurnalist “New Yorker” jurnalının köşə yazarı, 46 yaşlı kanadalı Malkolm Qleduildir. Ekspertlər onun məqalələrini və üç kitabını “müdriklik dəryası” kimi qiymətləndiriblər.
İş adamları arasında ən nüfuzlu ekspert ABŞ-ın “Apple” şirkətinin prezidenti və baş direktoru Stiv Cobs sayılıb. O, reytinq cədvəlində dördüncü yerdə qərarlaşıb.
Dünyanın ən varlı adamı, “Microsoft” şirkətinin prezidenti Bill Geyts yeddinci yerlə kifayətlənməli olub.
Siyahıdakı sonuncu biznesmen isə “Virgin Group”un sahibi Riçard Brensondur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR