Bank Of Baku

«Muğan Bank» xaricdən yeni kredit cəlb edir

«Muğan Bank» xaricdən yeni kredit cəlb edir
# 15 oktyabr 2009 10:19 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Muğan Bank» Səhmdar Kommersiya Bankı (SKB) 2009-cu ilin sonuna kimi Avropa Yenidənqurma və İnkişaf Bankından (EBRD) kredit cəlb etmək niyyətindədir.

Bankın İdarə Heyətinin sədri Elmir Həsənovun «APA-Economics»ə verdiyi məlumata görə, beynəlxalq maliyyə qurumundan 5 mln. ABŞ dolları həcmində kreditin cəlb olunması planlaşdırılır. Həmin vəsaitlərin Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına, eyni zamanda ticarətin maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulub. «Artıq EBRD ilə Azərbaycan bankı arasında görüşlər keçirilib və kreditin ayrılmasına dair razılıq əldə olunub», - deyə E.Həsənov bildirib.

Qeyd edək ki, indiyədək EBRD tərəfindən «Muğan Bank»a 12 mln. dollar həcmində kredit ayrılıb. Bunun 8 mln. dolları kiçik və orta sahibkarlıq, 4 mln. dolları isə ticarətin maliyyələşdirilməsinə sərf olunub.

Xatırladaq ki, təsisçisi dörd fiziki şəxs olan «Muğan Bank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 116,379 mln. manat, depozit portfeli 48,962 mln. manat, kredit portfeli 69,707 mln. manat, məcmu kapitalı 21,201 mln. manat, o cümlədən nizamnamə kapitalı 18 mln. manat təşkil edib. Bankın 26 filialı, 30 bankomatı və 63 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR