Bank Of Baku

Azərbaycanda keçirilən beynəlxalq bank konfransı başa çatıb

Azərbaycanda keçirilən beynəlxalq bank konfransı başa çatıb
# 15 oktyabr 2009 11:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Oktyabrın 14-15-də Bakıda «MDB-nin maliyyə və bank sistemlərinin dayanıqlılığının yüksəldilməsi» mövzusunda keçirilən II Beynəlxalq Bank Konfransı başa çatıb.

APA-Economics”in məlumatına görə, konfransın ikinci günündə MDB ölkələrinin iqtisadiyyatlarının real sektorlarına uzunmüddətli investisiya resurslarının cəlb edilməsi, maliyyə vasitəçiliyinin səviyyəsinin yüksəldilməsi, bank məhsulları spektrinin genişləndirilməsi, gəlir mənbələrinin diversifikasiyası, risklərlə idarəetmə səviyyəsinin effektivliyinin artırılması, MDB dövlətlərinin bank sistemlərinin fəaliyyət təcrübəsi, iqtisadiyyatın real sektoruna investisiya qoyuluşu və kredit verilməsində özəl sektorla dövlət arasında əməkdaşlığın inkişafı, kiçik və orta biznesin kreditləşməsi – MDB ölkələrinin inteqrasiya olunmuş milli iqtisadiyyatlarının inkişafının əsasıdır, layihə maliyyələşdirilməsi, sindikatlaşmış kreditləşmə və vençur maliyyələşməsi MDB iqtisadiyyatlarının real sektorlarının maliyyələşməsinin mütərəqqi formaları kimi məsələləri müzakirə olunub.

Toplantının sonunda yekun sənəd qəbul olunub. Sonradan əlavə və dəyişikliklər üçün açıq olan bu sənəd MDB Maliyyə-Bank Şurasının üzvü olan dövlətlərin mərkəzi banklarına təqdim edilib. Sənəddə konfransda müzakirələr olunan məsələlər, o cümlədən Birlik ərazisində vahid ödəniş məkanının yaradılması və s. perspektiv layihələr və aktual problemlərin həlli yolları ilə bağlı təkliflər əksini tapıb.

Qeyd edək ki, MDB Maliyyə-Bank Şurası tərəfindən təşkil olunmuş konfransın informasiya dəstəyi BNE (www.businessneweurope.eu) portalına məxsusdur. APA İnformasiya Agentliyi beynəlxalq konfransın təşkilatçıları tərəfindən tədbirin rəsmi informasiya tərəfdaşı seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR