Bank Of Baku

«Muğan Bank»ın depozit portfeli son bir ildə 71% genişlənib

«Muğan Bank»ın depozit portfeli son bir ildə 71% genişlənib
# 15 oktyabr 2009 12:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Muğan Bank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin oktyabr ayının 1-nə 130,618 mln. manat təşkil edib ki, bu da ötən ilin oktyabrın 1-nə olan göstərici ilə müqayisədə 42,2% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 71% genişlənərək 58,814 mln. manata, kredit portfeli 17,4% artaraq 79,026 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 24,2% artaraq 17,702 mln. manata çatıb. Həmçinin, bankın məcmu kapitalı 46,6% artaraq 21,960 mln. manat, o cümlədən nizamnamə kapitalı 50% artaraq 18 mln. manat olub.

Qeyd edək ki, son bir ildə bankın gəlirləri 5% artaraq 11,054 mln. manat, xərcləri isə 17,4% artaraq 10,544 mln. manat təşkil edib. Nəticədə, son bir ildə bankın mənfəəti üç dəfə azalaraq 0,510 mln. manata düşüb.

Bu dövr ərzində bank tərəfindən əlavə 4 filial açılıb, 5 bankomat və 1 POS-terminal quraşdırılıb. Cari ilin oktyabr ayının 1-nə bankın işçilərinin sayı 417 nəfərə çatıb ki, bu da ötən ilin oktyabrın 1-i ilə müqayisədə 49,5% çoxdur.

Xatırladaq ki, təsisçisi dörd fiziki şəxs olan «Muğan Bank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 27 filialı, 30 bankomatı və 63 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR