Bank Of Baku

Azərbaycan İsveçrədə keçirilən beynəlxalq sığorta seminarında iştirak edib

Azərbaycan İsveçrədə keçirilən beynəlxalq sığorta seminarında iştirak edib
# 15 oktyabr 2009 14:48 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin nümayəndəsi Maliyyə Sabitliyi İnstitutu tərəfindən İsveçrənin Beatenberq əyalətində «Sığorta sahəsində risklərin peşəkar idarə olunması praktikası» mövzusunda keçirilən seminarda iştirak edib.

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, seminar risklərin idarə olunması imkanlarının və böhran vəziyyətlərinə hazırlığın artırılması məqsədi ilə sığorta nəzarəti orqanları üçün təşkil olunub. Seminarda maliyyə risklərinin idarə olunması məsələləri, maliyyə böhranından çıxarılan nəticələr, qeyri-həyat sığortasında risk modelinin komponentləri, qeyri-xətti korrelyasiya və çevirmə nəzəriyyəsi, risklər qrupunun çevirmələrlə ifadə olunması, ümumi sığorta və investisiya riskləri, həmçinin ümumi modellərin öyrənilməsi kimi mövzular müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR