Bank Of Baku

«Fitch Ratings» agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin reytinqini «BB+» səviyyəsində təsdiqləyib

«Fitch Ratings» agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin reytinqini «BB+» səviyyəsində təsdiqləyib
# 15 oktyabr 2009 15:17 (UTC +04:00)
Bakı – APA-Economics. «Fitch Ratings» beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) uzunmüddətli emitentin defolt reytinqini «BB+», qısamüddətli reytinqi isə «B» səviyyəsində təsdiqləyib. Uzunmüddətli reytinq üzrə proqnoz «stabil» kimi müəyyənləşdirilib.

«APA-Economics»in məlumatına görə, ARDNŞ 100% dövlətə məxsus şirkət olduğuna görə, «Fitch» şirkətlə dövlət arasındakı hüquqi, əməliyyat və strateji əlaqələrin güclü olduğunu vurğulayır. Bu səbəbdən ARDNŞ-in reytinqləri Azərbaycanın müstəqil reytinqləri («BB+»/«sabit» proqnoz) ilə əlaqəlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR