Bank Of Baku

Avropa Mərkəzi Bankı: Güclü dollar çox vacibdir

Avropa Mərkəzi Bankı: Güclü dollar çox vacibdir
# 16 oktyabr 2009 08:27 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Avro yaradılanda onun dünya ehtiyat valyutası kimi istifadə olunması nəzərdə tutulmayıb. «APA-Economics» xəbər verdiyi kimi, bu bəyanatla Avropa Mərkəzi Bankının (AMB) başçısı Jan-Klod Trişe çıxış edərək bildirib ki, avronun dünya miqyasında istifadəsinin stimullaşdırılması üzrə AMB-nin planları olmayıb.

J-K.Trişenin sözlərinə görə, yaxın gələcəkdə ABŞ hökuməti «güclü dollar» siyasətini həyata keçirmək niyyətindədir ki, bu halda məzənnə dəyişkənliyi yol verilməzdir. Həmçinin AMB-nin başçısının fikrincə, hazırda dünya maliyyə sistemində mövcud olan faiz dərəcələri cari vəziyyətə tam uyğundur.

Xatırladaq ki, sentyabrın sonunda J-K.Trişe bəyan edib ki, iqtisadiyyatın və bank kreditləşməsinin bərpası üçün tətbiq edilən təxirəsalınmaz tədbirləri dayandırmaq tezdir, çünki böhran hələ sona çatmayıb.

Valyuta siyasətinə gəldikdə isə, J-K.Trişe Avropa İttifaqı iqtisadiyyatı sabitləşmə əlamətlərini nümayiş etdirir və hazırda güclü dollar çox vacibdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR