Bank Of Baku

«AzSığorta» şirkətinə yeni rəhbərlik təyin olunub

«AzSığorta» şirkətinə yeni rəhbərlik təyin olunub
# 16 oktyabr 2009 08:59 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «AzSığorta» şirkətinin səhmdarların ümumi yığıncağının qərarı ilə şirkətin yeni rəhbərliyi təyin edilib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, şirkətin Direktorlar Şurasının qərarı ilə «AzSığorta»nın İdarə Heyətinin sədri vəzifəsinə Hüseynov Əli Əbdülhüseyn oğlu, sədrin müavinləri vəzifələrinə isə Cahangirov Aqşin Feyruz oğlu, Sadığov Fuad Həşim oğlu və Mansurov Sadığ Nəsib oğlu təyin olunublar.

Xatırladaq ki, bir müddət əvvəl «AzSığorta» şirkəti İdarə Heyətinin sədri Əmir Adeli, sədr müavinləri Xəyal Məmmədxanlı və Faiq Hüseynov tutduğu vəzifədən azad olmaları ilə bağlı könüllü istefa ərizəsi yazıblar.

Qeyd edək ki, «AzSığorta» şirkəti 2006-cı ilin dekabr ayında fəaliyyətə başlayıb. Ölkə üzrə 7 filialı və 40-dan çox nümayəndəliyi olan şirkət müştərilərə 30 könüllü və 5 icbari sığorta növü üzrə xidmət göstərir. Cari ilin 9 ayında şirkətin sığorta haqlarının həcmi 8 mln. manat təşkil edib. Şirkətin nizamnamə kapitalı 4 mln. manata bərabərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR