Bank Of Baku

Rusiyada vergi cinayətlərinə görə cinayət məsuliyyəti yüngülləşdirilir

Rusiyada vergi cinayətlərinə görə cinayət məsuliyyəti yüngülləşdirilir
# 16 oktyabr 2009 11:58 (UTC +04:00)
Bakı – APA-Economics. Rusiya Dövlət Duması Federal Vergi Kodeksinə və bəzi qanunvericilik aktlarına dəyişiklik edilməsi haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib.
APA-Economics”in Rusiya mətbuatına istinadən xəbərinə görə, layihə vergi ödəyicilərinin vergi cinayətlərinə görə cinayət məsuliyyətinə cəlb olunmasının əsaslarının ixtisar olunmasını nəzərdə tutur. Sənədin məqsədi vergi-hüquqi münasibətlər sferasının dekriminalizasiyasıdır.
Layihə umanın spikeri Boris Qrızlov başda olmaqla bir qrup deputat tərəfindən təqdim olunub. Sənəd müəlliflərinin fikrincə, əgər şəxs vergi orqanının tələbini yerinə yetirərək verginin ödəmədiyi hissəsini, dəbbəni və ya cəriməni ödəyirsə, bu zaman cinayət məsuliyyəti daşımır. Əgər iki ay ərzində bunlar ödənilmirsə, o zaman vergi orqanları toplanmış materialları cinayət işinin başlanması üçün daxili işlər orqanına göndərməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR