Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondunun aktivləri ilin sonuna 14 mlrd. dollara çatacaq

Azərbaycan Dövlət Neft Fondunun aktivləri ilin sonuna 14 mlrd. dollara çatacaq
# 16 oktyabr 2009 12:39 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin sonuna Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) vəsaitləri 14 mlrd. ABŞ dollarına çatacaq. «APA-Economics»in məlumatına görə, bunu Bakıda keçirilən «Böhrandan sonrakı iqtisadiyyatda maliyyə resurslarının səmərəli idarə olunmasında şəffaflığın rolu» mövzusunda konfransda ARDNF-in icraçı direktoru Şahmar Mövsümov bildirib.

Ş.Mövsümovun sözlərinə görə, dünyada müşahidə olunan maliyyə böhranı və neftin qiymətinin düşdüyü bir dövrdə də ARDNF-in vəsaitləri üzrə artım müşahidə olunub.

Qeyd edək ki, ARDNF-in 2009-cu il büdcəsinin gəlirləri 8 361 016,3 min manat, xərcləri 5 319 534,9 min manat məbləğində təsdiq edilib. Cari ilin iyul ayının 1-i vəziyyətinə ARDNF-in aktivləri ilin əvvəlinə nisbətən 6,35% artaraq 9 557,7 mln. manata və ya 11 886,4 mln. ABŞ dollarına bərabər olub. Yəni, təkcə bu ilin ikinci yarısında Fondun aktivlərinin 17%-dən çox artacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR