Bank Of Baku

Azərbaycanda daha dörd kredit ittifaqının lisenziyası ləğv edilib

Azərbaycanda daha dörd kredit ittifaqının lisenziyası ləğv edilib
# 16 oktyabr 2009 12:41 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin qərarı ilə ölkədə fəaliyyət göstərən daha dörd kredit ittifaqının lisenziyası ləğv edilib.

AMB-dən «APA-Economics»ə verilən məlumata görə, lisenziyanın ləğv edilməsinə «Lider» (Beyləqan rayonu), «Qrant» (Bakı şəhəri), «Traser» (Fizuli rayonu) və «Gədəbəy Kredit İttifaqı»nın (Gədəbəy rayonu) müvafiq hesabatları üzrsüz səbəbdən ardıcıl olaraq iki hesabat tarixinə təqdim etməməsi səbəb olub. Bununla yanaşı, ittifaqların illik auditdən keçməməsi, eyni zamanda rəsmi xəbərdarlıqlara baxmayaraq iqtisadi tənzimlənmə normativlərini mütəmadi olaraq pozduqları müəyyənləşib.

AMB tərəfindən həmin ittifaqlara ləğvetmə komissiyalarının yaradılması və müvafiq ləğvetmə işlərinin aparılması tapşırılıb.

Qeyd edək ki, hazırda Azərbaycanda 80 kredit ittifaqı fəaliyyət göstərir və bunun 53-ü Azərbaycan Kredit İttifaqları Assosiasiyasının üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR