Bank Of Baku

Mayda Krımda MDB ölkələri üzrə bank forumu keçiriləcək

Mayda Krımda MDB ölkələri üzrə bank forumu keçiriləcək
# 16 oktyabr 2009 12:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Gələn ilin may ayında Krımda (Ukrayna) MDB ölkələri banklarının nümayəndələrinin iştirakı ilə bank forumu keçiriləcək. «APA-Economics»in məlumatına görə, bunu MDB Maliyyə-Bank Şurası Koordinasiya Şurasının sədri Anatoli Kazakov bildirib.

Onun sözlərinə görə, forumda MDB ölkələrinin iqtisadiyyatlarının real sektorlarına uzunmüddətli investisiya resurslarının cəlb edilməsi, maliyyə vasitəçiliyi səviyyəsinin yüksəldilməsi, bank məhsulları spektrinin genişləndirilməsi, gəlir mənbələrinin diversifikasiyası, risklərin idarə olunması səviyyəsinin effektivliyinin artırılması, MDB ölkələri bank sistemlərinin fəaliyyət təcrübəsi, iqtisadiyyatın real sektoruna investisiya qoyuluşu və kredit ləşmədə özəl sektorla dövlət arasında əməkdaşlığın inkişafı, kiçik və orta biznesin kreditləşməsi – MDB ölkələrinin inteqrasiya olunmuş milli iqtisadiyyatlarının inkişafının əsasıdır, layihə maliyyələşdirilməsi, sindikatlaşmış kreditləşmə və vençur maliyyələşməsi MDB iqtisadiyyatlarının real sektorlarının maliyyələşməsinin mütərəqqi formaları kimi məsələlər müzakirə olunacaq.

«Bundan başqa, tədbir müddətində MDB bankirləri arasında tennis turnirinin keçirilməsi nəzərdə tutulub. Biz bilirik ki, MDB bankirlərinin çoxu idmanın bu növünə böyük maraq göstərir və asudə vaxtlarında tennis oynayırlar», - deyə A.Kazakov bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR