Bank Of Baku

Azərbaycanda ilin əvvəlindən yoxlamalar zamanı sahibkarlıq subyektlərinə hesablanan əlavə vergi ödənişləri 2,4 dəfə artıb

Azərbaycanda ilin əvvəlindən yoxlamalar zamanı sahibkarlıq subyektlərinə hesablanan əlavə vergi ödənişləri 2,4 dəfə artıb
# 16 oktyabr 2009 12:49 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda vergi orqanları tərəfindən 97 mindən artıq sahibkarlıq subyektinə keçirilmiş kameral yoxlamalar nəticəsində 1,273 mlrd. manat vəsait hesablanıb. «APA-Economics»in məlumatına görə, bunu Bakıda «Böhrandan sonrakı iqtisadiyyatda maliyyə resurslarının səmərəli idarə olunmasında şəffaflığın rolu» mövzusunda keçirilən konfransda vergilər nazirinin müavini Sahil Məmmədxanov bildirib.

S.Məmmədxanovun sözlərinə görə, hesablanmış vəsait 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə çox olub.

S.Məmmədxanov bildirib ki, vergilər nazirinin əmri ilə martın 10-dan dekabr ayının 31-dək müəyyən fəaliyyət sahələri ilə məşğul olan vergi ödəyicilərində səyyar vergi yoxlamalarının və müşahidələrin aparılması dayandırılıb. Bu addım dünyada mövcud maliyyə böhranının Azərbaycan iqtisadiyyatına mümkün təsirlərini minimuma endirmək məqsədi daşıyır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR