Bank Of Baku

Heydər Əsədov: «Neftin ucuzlaşması Azərbaycanın 2009-cu il dövlət büdcəsində heç bir problem yaratmayıb»

Heydər Əsədov: «Neftin ucuzlaşması Azərbaycanın 2009-cu il dövlət büdcəsində heç bir problem yaratmayıb»
# 16 oktyabr 2009 12:57 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi Azərbaycanın 2009-cu il dövlət büdcəsində heç bir problem yaratmayıb. «APA-Economics»in bildirdiyinə görə, bu barədə Azərbaycan Hesablama Palatasının sədri Heydər Əsədov məlumat verib.

H.Əsədovun sözlərinə görə, büdcənin icrasına başlanarkən bir sıra layihə üzrə investisiya xərcləri aşağı salınıb, həmin vəsaitlər ehtiyata yönəldilib: «Məhz bunun nəticəsində, baxmayaraq ki, neftin orta qiyməti 50 dollardan yuxarıdır, elə bir problem yoxdur. Biz büdcə layihəsi müzakirə olunan zaman da demişdik ki, neftin qiymətinin düşməsi Azərbaycan üçün heç bir problem yaratmayacaq».

H.Əsədov onu da vurğulayıb ki, Hesablama Palatası apardığı yoxlamaların nəticəsi olaraq bu il hökumətə 20-dən artıq təklif təqdim etmək fikrindədir. Bunların arasında satınalma prosesi, büdcə təsnifatı, qanunvericilikdəki boşluqların aradan qaldırılması, yoxlama mexanizmlərinin təkmilləşdirilməsi və s. təkliflər var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR