Bank Of Baku

Azərbaycan Vergilər Nazirliyi yanvar-sentyabr aylarında büdcə proqnozunu 84% səviyyəsində icra edib

Azərbaycan Vergilər Nazirliyi yanvar-sentyabr aylarında büdcə proqnozunu 84% səviyyəsində icra edib
# 16 oktyabr 2009 13:40 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Vergilər Nazirliyi 2009-cu ilin yanvar-sentyabr aylarında büdcə daxilolmaları üzrə proqnozu təxminən 84% səviyyəsində icra edib. «APA-Economics»in məlumatına görə, bunu vergilər nazirinin müavini Sahil Məmmədxanov bildirib.

S.Məmmədxanovun sözlərinə görə, ötən dövrdə əsasən neft sektoru üzrə daxilolmalar, o cümlədən Hasilatın Pay Bölgüsü Sazişi üzrə mənfəət vergisi nəzərdə tutulandan az olub: «Ötən 9 ayda neft sektoru və Hasilatın Pay Bölgüsü Sazişi üzrə 300 mln. manat vəsait ödənilib ki, bu da nəzərdə tutulandan təqribən 45% azdır. Bu, dünyada müşahidə olunan iqtisadi böhranla əlaqədardır. Azərbaycan Dövlət Neft Şirkəti isə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindən fərqli olaraq bu il vergiləri 98% ödəyib».

Nazir müavininin sözlərinə görə, yanvar-sentyabr aylarında qeyri-neft sektorundan vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 108 mln. manat çox olub. O cümlədən, pərakəndə ticarət, ictimai iaşə və tikinti sektorları üzrə 32 mln. manatdan artıq vergi daxil olub.

Nazir müavini 2010-cu ildə aksiz dərəcələrinin dəyişdirilməsinin nəzərdə tutulmadığını da qeyd edib.

Qeyd edək ki, hazırda Azərbaycanda 215 min vergi ödəyicisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR