Bank Of Baku

«ABB-Moskva» xaricdən yeni kredit cəlb edir

«ABB-Moskva» xaricdən yeni kredit cəlb edir
# 16 oktyabr 2009 14:04 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyadakı törəmə müəssisəsi «ABB-Moskva» bu ilin dekabr ayında 30-35 mln. ABŞ dolları həcmində sindikatlaşdırılmış kredit cəlb edəcək.

«ABB-Moskva»nın İdarə Heyətinin sədri Fuad Abdullayevin «APA-Economics»ə verdiyi məlumata görə, bu kreditin cəlb edilməsində təşkilatçı rolunda ABŞ-ın «Rosemount Capital Management» və Rusiya «VneşTorqBank»ının törəmə şirkəti olan «VneşTorqCapital» çıxış edir.

F.Abdullayevin sözlərinə görə, cəlb edilən vəsait bankın aktiv əməliyyatlarının genişləndirilməsinə, ticarətlə bağlı layihələrin maliyyələşdirilməsinə sərf ediləcək: «Hazırda Rusiyanın maliyyə bazarında belə bir əməliyyatlar yoxdur. Kredit müqaviləsi imzalansa, bu, bir daha «ABB-Moskva»nın aktiv fəaliyyəti ilə yanaşı, kredit reytinqinin yüksək olduğunu sübut edəcək».

Xatırladaq ki, təsisçisi ABB (100%) olan «ABB-Moskva» 2002-ci ilin yanvarından fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 10,5 mlrd. rubl, kredit portfeli 8,1 mlrd. rubl, məcmu kapitalı isə 1,2 mlrd. rubl təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR