Bank Of Baku

Dünya Bankının icraçı direktoru Cənubi Qafqaz regionuna səfər edəcək

Dünya Bankının icraçı direktoru Cənubi Qafqaz regionuna səfər edəcək
# 16 oktyabr 2009 14:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin oktyabr ayının 17-21-də Dünya Bankının (DB) icraçı direktoru xanım Nqozi Okonco-İveala (Ngozi Okonjo-Iweala) Cənubi Qafqaz regionuna səfər edəcək.

«APA-Economics»in məlumatına görə, səfər zamanı DB rəsmisi Azərbaycan, Gürcüstan və Ermənistanda olacaq ki, bu ölkələrin hökumət nümayəndələri ilə maliyyə böhranının təsirindən və böhrandan sonrakı inkişaf yollarının axtarışı barədə müzakirələr aparacaq.

Qeyd edək ki, Azərbaycan DB ilə 1992-ci ildən əməkdaşlıq edir. Ötən müddət ərzində bank təxminən 46 layihənin icrasına Azərbaycana 2 mlrd. ABŞ dollarından artıq maliyyə yardımı göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR