Bank Of Baku

İqtisadi Tədqiqatlar Mərkəzi: Sentyabrda Azərbaycanda inflyasiya 0,12% təşkil edib

İqtisadi Tədqiqatlar Mərkəzi: Sentyabrda Azərbaycanda inflyasiya 0,12% təşkil edib
# 16 oktyabr 2009 14:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) «Alternativ inflyasiya səviyyəsinin hesablanması Proqramı» çərçivəsində Azərbaycanın 11 regionunda 2009-cu ilin sentyabr ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini açıqlayıb.

İTM-dən «APA-Economics»ə verilən məlumata görə, sentyabr ayında Azərbaycanda istehlak qiymətləri indeksi (İQİ) 0,12% artıb. Qeyd olunan dövrdə Bakıda qiymətlər 0,26% artıb, regionlarda isə 0,02% azalıb. Ay ərzində qeyri-ərzaq məhsulları 0,91%, xidmətlər isə 0,17% bahalaşıb. Ərzaq məhsullarında isə 0,29% azalma müşahidə olunub.

Bu ilin yanvar-sentyabr aylarında isə Azərbaycanda 1,84% deflyasiya qeydə alınıb. Bu dövrdə istehlak səbəti üzrə ən yüksək ucuzlaşma (-3,52%) qeyri-ərzaq məhsulları üzrə müşahidə olunub, ərzaq məhsulları 3,4% ucuzlaşıb, xidmətlər isə 4,5% bahalaşıb. Ötən ilin sentyabr ayı ilə müqayisədə bu ilin sentyabrında Azərbaycanda İQİ 3,52% azalıb. O cümlədən, ərzaq məhsullarında illik deflyasiya 6,72%, qeyri-ərzaq məhsullarında 3,48% təşkil edib. Xidmət sektorunda isə son bir ildə 5,2% bahalaşma müşahidə olunub.

Bununla yanaşı, İTM-in ekspertləri sentyabr ayının qiymətləri və Nazirlər Kabinetinin təsdiq etdiyi normativlər əsasında istehlak səbətinin dəyərini hesablayıblar. Hesablamalara əsasən, sentyabrda Azərbaycanda yaşayış minimumu adambaşına 134,57 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətinin dəyəri 127,36 manat, pensiyaçılar üçün 117,76 manat, 0-15 yaşlı uşaqlar üçünsə 158,61 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR