Azərbaycan prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin doqquz ayının yekunlarına həsr olunmuş geniş iclası keçirilib
Bu il dünyada maliyyə böhranının, ölkələrin əksəriyyətində iqtisadi tənəzzülün yaşandığı bir vaxtda Azərbaycan iqtisadiyyatında müsbət meyillər müşahidə olunmaqda davam edir. “Biz iqtisadi siyasətimizi apararkən daxili resurslarımıza əsaslanırıq”, - deyən dövlət başçısı bildirib ki, belə olan halda Azərbaycan iqtisadiyyatı istənilən vəziyyətdən çıxa bilər. Bu ilin 9 ayında ölkədə ümumi daxili məhsul 6,1 faiz, sənaye istehsalı 5 faiz artıb. İlin 9 ayında kənd təsərrüfatında da 3 faiz artım qeydə alınıb. Bu il ilk dəfə Azərbaycanda rekord səviyyədə - 3 milyon ton taxıl istehsal edilib. Bu isə aqrar sahədə həyata keçirilən kompleks tədbirlər nəticəsində mümkün olub. Cari ilin 9 ayında ölkədə makroiqtisadi vəziyyət sabit qalıb, inflyasiya 2,1 faiz təşkil edib. Bu da onu göstərir ki, dünyada hökm sürən maliyyə böhranının Azərbaycan vətəndaşlarının həyatına təsiri minimum səviyyədə olub, manat öz sabitliyini qoruyub. Doqquz ayda əhalinin pul gəlirləri təxminən 10 faiz, orta aylıq əmək haqqı 15 faiz artıb. İndi Azərbaycanın valyuta ehtiyatları 19 milyard dollardır. Hazırda 50 min ailə ünvanlı sosial yardım alır və bu proqram ümumilikdə 700 min insanı əhatə edir.
“Biz tam əminik ki, yürütdüyümüz siyasət Azərbaycan xalqının mənafeyinə xidmət edir”, - deyən prezident bunun ən gözəl örnəyinin bu ilin 9 ayının yekunlarında da əks olunduğunu bildirib. Dövlət başçısı Azərbaycanda neft gəlirlərinin qeyri-neft sektorunun inkişafına yönəldildiyini diqqətə çatdıraraq deyib ki, görülən tədbirlər sayəsində ölkədə yoxsulluğun səviyyəsi aşağı düşüb. 2003-cü ildən bəri Azərbaycanda 824 min yeni iş yeri açılıb. Ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər davam etdirilib.
Sonra iqtisadi inkişaf naziri Şahin Mustafayev, təhsil naziri Misir Mərdanov, nəqliyyat naziri Ziya Məmmədov, sənaye və energetika naziri Natiq Əliyev bu ilin 9 ayında ölkədə həyata keçirilən sosial-iqtisadi tədbirlər barədə məruzə ediblər.
Prezident İlham Əliyev yekun nitqində bildirib ki, ilin sonuna az qalmasına baxmayaraq, iqtisadi inkişaf tempi saxlanılmalıdır. 2003-2008-ci illərdəki iqtisadi inkişafın gələcək üçün gözəl zəmin yaratdığını deyən dövlət başçısı əmin olduğunu bildirib ki, uğurlu iqtisadi göstəricilər 2010-cu ildə də davamlı xarakterini saxlayacaq. “Bizim fəaliyyətimiz beynəlxalq təşkilatlar tərəfindən də qiymətləndirilir. Belə olmasaydı, Dünya Bankı Azərbaycanı 2008-ci ildə ən islahatçı ölkə kimi tanımazdı”, - deyən prezident Dünya İqtisadi Forumunun ölkəmizi rəqabət qabiliyyətliliyinə görə dünyada 51-ci, MDB-də isə 1-ci ölkə elan etdiyini diqqətə çatdırıb.
Dövlət başçısı qeyd edib ki, gələn ilin dövlət büdcəsi balanslaşdırılmış səviyyədə tərtib olunub, neftin 1 barelinin qiyməti büdcədə 45 dollar müəyyən edilib. Prezident Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişinin başa çatdırılması, Taxtakörpü və Şəmkirçay su anbarlarının tikintisinin sürətləndirilməsi barədə tapşırıqlar verib. Bildirib ki, indi Azərbaycan özünü enerji ilə tam təchiz etməklə bərabər artıq digər ölkələrə də elektrik enerjisi ixrac edir. Gələn ilin əvvəlindən isə alternativ enerji mənbələrinin yaradılması diqqətdə saxlanılacaq.
“Gələn il ekoloji tədbirlər də gücləndiriləcək”, - deyən Prezident İlham Əliyev 2010-cu ilin ölkəmizdə “Ekologiya ili” elan edilməsi təşəbbüsü ilə çıxış edib. “Qaz təsərrüfatında müasir standartlar tətbiq olunmalı, qaz anbarlarında yenidənqurma işləri aparılmalıdır”, - deyən dövlət başçısı gələcəkdə Azərbaycan qazının enerji təhlükəsizliyi məsələlərində daha mühüm rol oynayacağını, bölgə ölkələrinin Azərbaycanın enerji resurslarına ehtiyacının olduğunu bildirib. Prezident qeyd edib ki, Türkiyə ilə qaz sahəsində tranzit məsələlərinin hələ də həll edilməməsi Azərbaycan qazının Avropaya tam gücü ilə nəqlinə mane olur: “Gələn ildən Azərbaycan qazı Rusiyaya ixrac ediləcək və perspektivdə İrana da qaz ixracı həyata keçirilə bilər”.
Dövlət başçısı 9 ayın yekunlarından razı qaldığını və xalqın milli maraqlarının təmin olunması üçün işlərin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıb.
Maliyyə
Azərbaycanın xarici dövlət borcu 8% azalıb
Əhalinin gəlirləri 10%-dən çox artıb
Azərbaycanda orta aylıq əməkhaqqı 7%-ə yaxın artıb
Mərkəzi Bank: Anti-frod üzrə vahid nəzarət mexanizmləri bu ilin sonunadək bazara təqdim ediləcək
Xəbər Lenti
Peskov: Putin və Paşinyanın görüşü ilə bağlı hələlik dəqiq razılaşma yoxdur
Aİ Patriarx Kirill, Rusiyanın idman naziri və FİDE rəhbərinə sanksiyalar tətbiq etməyi təklif edib
Azərbaycanın xarici dövlət borcu 8% azalıb
MN: Rusiya ordusu Ukraynanın hərbi dəniz bazasını və sursat anbarlarını vurub
Əhalinin gəlirləri 10%-dən çox artıb
Azərbaycanda orta aylıq əməkhaqqı 7%-ə yaxın artıb
Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib - FOTO
Trampın şübhələrindən sonra partiyası Netanyahunun seçkilərdə namizədliyini irəli sürəcəyini açıqlayıb
Qulu Ağsəsin “Saat 6-nı gözləyirəm” kitabının təqdimat mərasimi keçirilib - FOTO
Bu ilin ilk beş ayı üzrə Azərbaycan iqtisadiyyatının həcmi açıqlanıb
Azərbaycanda pərakədə ticarət dövriyyəsi 4%-ə yaxın artıb
Kitabxanalarda informasiya texnologiyaları ixtisasları üzrə çalışanlar attestasiyadan keçiriləcək
Ukrayna “Flamingo” raketləri ilə Çuvaşiyada hərbi zavoda zərbə endirdiyini təsdiqləyib - YENİLƏNİB
Yeni nəşrlərin vahid elektron reyestrinin yaradılması təklif olunub
Sabah 33 dərəcə isti olacaq
Pakistan Əfqanıstanla sərhəddə 26 terrorçunu zərərsizləşdirib
Fazil Mustafa: Müxtəlif attestasiyalar zamanı böyük təcrübəyə malik kitabxanaçıları itirdik
Azərbaycan Biznesinin İnkişafı Fondunun hüquqi statusu müəyyənləşib
Zakir Həsənov Serbiyada səfərdədir
Dövlət başçısı Portuqaliya Prezidentini təbrik edib
Hakan Fidan Lavrovla danışıqlar aparmaq üçün Rusiyaya səfər edəcək
Taliban: Pakistan Əfqanıstanı bombalayıb, azı 13 nəfər ölüb
AZSET proqramına qeydiyyat başladı: gələcəyin mühəndisləri üçün yeni imkan
Daşkəsəndə dostunu qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Mərkəzi Bank: Anti-frod üzrə vahid nəzarət mexanizmləri bu ilin sonunadək bazara təqdim ediləcək
Yanvar-may aylarında 19,4 min şəxsə əlillik təyin olunub
SEPAH ABŞ-ın İordaniyadakı bazasında 4 mühüm hədəfə raket zərbəsi endirdiyini bildirib
Qanunsuz saxlanılan silahlar aşkarlanıb
Tələbat nəzərə alınaraq Bakı-Tbilisi-Bakı qatarına əlavə vaqon qoşulacaq
Ali Məhkəmə saxta sənədlərlə daşınmaz əmlak əldə edilməsi halları barədə qərar verib
"Fars": İranın ABŞ bazalarına zərbələri zamanı hədəflərin 70%-i uğurla vurulub
Əraqçi Hakan Fidanla regional gərginliyi müzakirə edib
Yasamalda yanğın təhlükəli mebel sexinin fəaliyyəti dayandırlıb - VİDEO
Xaçmazda uzunqulağın dişlədiyi 70 yaşlı kişi ölüb
DYP “Son zəng” tədbirləri ilə bağlı müraciət edib
Dünya bazarlarında neft ucuzlaşıb
Nyu-York birjasında təbii qazın qiyməti azalıb
Əmtəə bazarlarında qızıl 4 200 dollara düşüb
Xidməti parklanma yerləri təşkil olunan dövlət orqanlarının siyahısı təsdiqlənib
Bakıda maşın piyadanı vuraraq öldürüb
Xəzərdə zəlzələ olub
Azərbaycan neftinin qiyməti 95 dollar olub
Bu günün valyuta məzənnələri
ABŞ bu il üçün Azərbaycanda maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu artırıb
Norveç Ukrayna üçün dəniz dronlarına 120 milyon dollardan çox vəsait ayıracaq
"Bitcoin" 61 min dollara qədər ucuzlaşıb
Litva ordu üçün 1 milyard avroluq hərbi texnika alacaq
ABŞ və Avropa bazarları Yaxın Şərqdəki gərginlik fonunda geriləyib
Bundestaq iqtisadi böhran səbəbindən deputat maaşlarının artırılmasından imtina edə bilər
Bakıda bu yollarda sıxlıq var - SİYAHI