Bank Of Baku

ABŞ-ın büdcə kəsiri 962 mlrd. dollar artıb

ABŞ-ın büdcə kəsiri 962 mlrd. dollar artıb
# 17 oktyabr 2009 08:21 (UTC +04:00)
Bakı – APA. 2009-cu maliyyə ilinin sonuna ABŞ-ın büdcə kəsiri 1,417 trln. dollar təşkil edib. APA-nın AFP-yə istinadən xəbərinə görə, bu, 2008-ci illə müqayisədə 962 mlrd. dollar çoxdur.
Büdcə kəsiri ÜDM-dən 10% çoxdur. Bu isə 1945-ci ildən bəri ən böyük göstəricidir. Rəsmi məlumatlara görə, sentyabrda başa çatan maliyyə ilində büdcənin gəlirləri 2,105 trln. dollar, xərcləri 3,522 trln. dollar təşkil edib. Bununla belə, 1,417 trln. dollarlıq büdcə kəsiri bu ilin əvvəlində Barak Obama administrasiyası tərəfindən proqnozlaşdırılandan aşağı olub – 1,58 trln. dollar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR