Bank Of Baku

Azərbaycanın strateji valyuta ehtiyatları 1 mlrd. dollar artıb

Azərbaycanın strateji valyuta ehtiyatları 1 mlrd. dollar artıb
# 17 oktyabr 2009 08:31 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Nazirlər Kabinetinin iclasında iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.

Nazirin sözlərinə görə, hesabat dövründə orta aylıq əməkhaqqı 15,5%, əhalinin gəlirləri 9,8%, adambaşına düşən gəlirlər 8,4%, pullu xidmətlər isə 12,5% artıb.

Ş.Mustafayev dünyadakı maliyyə böhranına baxmayaraq Azərbaycanın bank sektorunda da irəliləyişlərin olduğunu qeyd edib: «Həyata keçirilmiş tədbirlər manatın sabitliyini təmin edib və əhalinin banklara olan inamını daha da artırıb. Nəticədə keçən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin banklardakı əmanətlərinin həcmi 11% artaraq 2 mlrd. manata, kreditlərin həcmi isə 18,2% artaraq 7,6 mlrd. manata çatıb».

Nazir həmçinin vurğulayıb ki, cari ilin 9 ayı ərzində regionlarda sənaye, kənd təsərrüfatı və xidmət sahələrinə aid 74 yeni müəssisənin tikintisi başa çatdırılıb, 173 müəssisənin tikintisi isə hazırda davam etdirilir: «Ümumi tutumu 39 min ton olan 15 soyuducu anbarın və ümumi tutumu 205 min ton olan 21 taxıl anbarı kompleksinin tikintisinə tələb olunan vəsaitdən 48 mln. manatı Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına həyata keçirilir. Artıq komplekslərin tikintisinə başlanıb və onların hamısı növbəti mövsümədək istifadəyə veriləcək».

Ş.Mustafayev onu da qeyd edib ki, Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 9 ay ərzində 1700 sahibkarlıq subyektinə 100 mln. manat güzəştli kreditlər verilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 dəfə çoxdur. Maliyyələşdirilmiş layihələrin 99%-i regionların payına düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR