Bank Of Baku

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanın sosial yönümlü büdcə xərcləri 28,2% artıb

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanın sosial yönümlü büdcə xərcləri 28,2% artıb
# 17 oktyabr 2009 08:45 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Cari ilin yanvar-sentyabr aylarında Azərbaycan dövlət büdcəsinin mədaxili 7 mlrd. 235 mln. manat və ya 91,9% yerinə yetirilib, xərcləri isə 6 mlrd. 457 mln. manat icra edilib. APA-nın məlumatına görə, bunu Nazirlər Kabinetinin iclasında iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.

Hesabat dövründə büdcə xərclərinin 30,1%-i və ya 1 mlrd. 942 mln. manatı sosial yönümlü olmaqla, ötən ilin eyni dövrü ilə müqayisədə 426,5 mln. manat və ya 28,2% çox olub.

Təhsil xərclərinə 182,1 mln. manat və ya 30,3%, sosial müdafiə və sosial təminat xərclərinə 183,5 mln. manat və ya 29,7%, səhiyyə xərclərinə 52,1 mln. manat və ya 25,4% çox vəsait yönəldilib.

Ölkə iqtisadiyyatına bütün maliyyə mənbələri hesabına 5,2 mlrd. manat, o cümlədən daxili mənbələr hesabına 4,3 mlrd. manat investisiya qoyulub. Bu investisiyaların 2,3 mlrd. manatı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR