Bank Of Baku

Azərbaycandakı sığorta şirkətlərinin sığorta haqları üzrə renkinqi

Azərbaycandakı sığorta şirkətlərinin sığorta haqları üzrə renkinqi
# 19 oktyabr 2009 07:26 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən maliyyə təşkilatlarının müxtəlif göstəriciləri üzrə renkinqlərinin hazırlanması layihəsi çərçivəsində «APA-Economics» bu dəfə ölkədə fəaliyyət göstərən sığorta təşkilatlarının 2009-cu ilin yanvar-sentyabr aylarında toplanan sığorta haqlarına görə sıralamasını təqdim edir.

Aşağıdakı cədvəldə ölkədəki sığorta təşkilatlarının daxilolmaları haqqında ətraflı məlumat verilib:

(mln. AZN)

 

 

Sığortaçılar

Sığorta haqları

1

Xalq Sığorta

23,00

2

Azərsığorta

19,64

3

Azalsığorta

12,71

4

Atəşgah

10,09

5

Beynəlxalq Sığorta Şirkəti

10,06

6

Paşa Sığorta

8,25

7

AzSığorta

8,00

8

Standard İnsurance

6,17

9

A-Group

5,68

10

MBASK

5,29

11

Azərbaycan Sənaye Sığorta

3,11

12

Bakı Sığorta

2,96

13

Qarant Sığorta

2,38

14

AtaSığorta

2,18

15

Rəvan Sığorta

1,80

16

Başak-İnam

1,73

17

AIG Caspian

1,41

18

Günay Anadolu

1,33

19

Era Trans

0,97

20

BE&G

0,76

21

Alfa Sığorta

0,75

22

Thames İnsurance Group

0,57

23

Fidan Sığorta

0,45

24

Azərqarant

0,39

25

Atəşgah Həyat Sığorta

0,20

26

Əmrah Sığorta

0,16

27

Qala Sığorta

0,07

28

Azİnvest Sığorta

0,07

 

Y  E  K  U  N

130,18



Cədvəldən göründüyü kimi sığorta təşkilatları sırasında ən çox sığorta haqqı «Xalq Sığorta» şirkətinin payına düşüb. Belə ki, bu şirkətin cari ilin yanvar-avqust aylarında topladığı sığorta haqlarının həcmi 23 mln. manat olub ki, bu da məcmu daxilolmaların 17,6% -ni təşkil edib.

Həmçinin, ilk üçlüyə «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti (19,64 mln. manat və ya 15,1%) və «Azalsığorta» şirkəti (12,71 mln. manat və ya 9,8%) şirkətləri daxil olub.

Qeyd edək ki, ən az daxilolma «Az İnvest Sığorta» nın payına düşüb ki, bu da ümumi sığorta haqlarının 0,05%-nə bərabər olub.

Xatırladaq ki, hazırda Azərbaycanda 28 sığorta təşkilatı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR