Bank Of Baku

«Turan Bank»ın aktivləri son bir ildə 18% artıb

«Turan Bank»ın aktivləri son bir ildə 18% artıb
# 19 oktyabr 2009 09:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Turan Bank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin oktyabr ayının 1-nə 101,3 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 17,7% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 8,9% artaraq 70,4 mln. manata, məcmu kapitalı 13,9% artaraq 20,3 mln. manata, o cümlədən nizamnamə kapitalı 13,3% artaraq 17 mln. manata çatıb.

Bu müddət ərzində bankın gəlirləri 20% artaraq 12 mln. manat, xərcləri isə 9,7 mln. manat təşkil edib. Nəticədə, bankın balans mənfəəti 10,3% artaraq 2,3 mln. manat olub.

Xatırladaq ki, təsisçisi 5 hüquqi (20%) və 20 fiziki şəxs olan (80%) «Turan Bank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 11 filialı mövcuddur ki, bunun 5-i regionda (Gəncə, Sumqayıt, Tovuz, Ağstafa, Zaqatala) yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR