Bank Of Baku

ABŞ-da dövlət büdcəsinin kəsiri rekord həddə çatıb

ABŞ-da dövlət büdcəsinin kəsiri rekord həddə çatıb
# 19 oktyabr 2009 09:46 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. ABŞ-ın federal büdcəsinin kəsiri 2009-cu maliyyə ilinin yekünlarına görə 1,42 trln. dollar təşkil edib ki, bu da 2008-ci maliyyə ilinin analoji göstəricisindən 3,1 dəfə çoxdur. «APA-Economics»in məlumatına görə, hesabat ilində büdcə gəlirləri 2,105 trln. dollar, xərclər isə 3,522 trln. dollara bərabər olub ki, bu da ötən ilin göstəricilərdən müvafiq olaraq 16,6% az və 18,2% artıqdır.

Kəsirin bu dərəcədə olmasının əsas səbəbi kimi vergi daxilolmalarının kəskin azalması və iqtisadiyyatın stimullaşdırılmasına iri həcmdə vəsaitlərin xərclənməsini qeyd etmək olar.

Bundan başqa, ABŞ-ın məcmu dövlət borcu hazrıda 12 trln. dollara bərabərdir ki, bu göstəricinin artması ehtimalları yüksəkdir və bu halda, investorlar tərəfindən ABŞ-ın xəzinədar istiqrazlarının alınması dayandırılacaq və nəticədə, dolların mövqeləri daha da zəyifləyə bilər.

Cari ilin avqust ayında ABŞ-a kapitalın xalis axın həcmi 10,2 mlrd. dollar təşkil edib ki, bu da əvvəlki aya nisbətən çox müsbət göstəricidir. Belə ki, iyul ayında ABŞ-dan kapitalın axını müşahidə olunub və axının həcmi 107,7 mlrd. dollara bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR