Bank Of Baku

Azərbaycanda yanvar-sentyabr aylarında sığorta haqları 11% azalıb, ödənişlər isə 4% artıb

Azərbaycanda yanvar-sentyabr aylarında sığorta haqları 11% azalıb, ödənişlər isə 4% artıb
# 19 oktyabr 2009 12:56 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən sığorta təşkilatları tərəfindən 2009-cu ilin yanvar-sentyabr ayları ərzində ümumilikdə 130,18 mln. manat həcmində sığorta haqqı toplanıb ki, bu da ötən ilin müvafiq dövrünün analoji göstəricisi ilə müqayisədə 11,1% azdır.

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə həyata keçirilən sığorta ödənişlərinin məcmu həcmi isə 3,8% artaraq 38,224 mln. manata çatıb.

Bu müddət ərzində həyat sığortası üzrə daxilolmaların həcmi 0,598 mln. manat, qeyri-həyat sığortası üzrə 107,889 mln. manat, icbari sığorta növləri üzrə isə 21,694 mln. manat olub.

Ödənişlərə gəldikdə isə, həyat sığortası üzrə 0,343 mln. manat, qeyri-həyat sığortası üzrə 29,607 mln. manat, icbari sığorta növləri üzrə isə 8,274 mln. manat həcmində ödəniş aparılıb.

Daxilolmaların strukturunda ən çox vəsait «Avtonəqliyyat vasitələrinin sığortası» (23,672 mln. manat), «Ümumi mülki məsuliyyətin sığortası» (20,490 mln. manat), «Tibbi sığorta» (16,738 mln. manat) və «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası» (12,906 mln. manat) növləri üzrə toplanıb. Bu növlərin məcmu sığorta haqlarında payı müvafiq olaraq 18,2%, 15,7%, 13% və 10% təşkil edib.

Ödənişlərdə isə ən çox vəsait «Avtonəqliyyat vasitələrinin sığortası» (12,357 mln. manat və ya 32,3% ), «Tibbi sığorta» (9,966 mln. manat və ya 26,1%) və «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası» (7,157 mln. manat və ya 18,7% ) növləri üzrə ödənilib.

Qeyd edək ki, Azərbaycanda 28 sığorta təşkilatı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR