Bank Of Baku

«Amrahbank»ın yeni veb-saytı istifadəyə verilib

«Amrahbank»ın yeni veb-saytı istifadəyə verilib
# 19 oktyabr 2009 13:53 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Amrahbank» Səhmdar Kommersiya Bankının (SKB) yeni tərtibatda hazırlanmış veb-saytı (www.amrahbank.az) istifadəyə verilib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, yeni saytda bankın yaranma tarixi, həmçinin bank məhsulları, o cümlədən fiziki və hüquqi şəxslərə göstərilən geniş çeşidli bank xidmətləri haqqında ətraflı məlumat yerləşdirilib. Saytda həmçinin bankla bağlı daim yenilənən xəbərlər bölməsi mövcuddur.

Xatırladaq ki, təsisçisi 5 yerli fiziki şəxs (51%) və Bəhreyn Beynəlxalq İnvestisiya Bankı (49%) olan «Amrahbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 63,094 mln. manat, depozit portfeli 35,740 mln. manat, kredit portfeli 36,702 mln. manat, məcmu kapitalı 20,365 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,821 mln. manat olub. Hazırda bankın respublika üzrə 23 filialı, 14 bankomatı və 46 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR