Bank Of Baku

«Parabank»ın depozit portfeli son bir ildə 37% genişlənib

«Parabank»ın depozit portfeli son bir ildə 37% genişlənib
# 19 oktyabr 2009 14:18 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Parabank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin oktyabr ayının 1-nə 74,457 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 36,6% genişlənərək 46,916 mln. manat, kredit portfeli 22,2% artaraq 47,901 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 44,1% azalaraq 27,307 mln. manat təşkil edib. Bu müddət ərzində bankın məcmu kapitalı 0,2% artaraq 11,750 mln. manata, o cümlədən nizamnamə kapitalı 7,2% artaraq 10,070 mln. manata çatıb.

Qeyd edək ki, son bir il ərzində bankın gəlirləri 33,8% artaraq 9,624 mln. manat, xərcləri isə 17% artaraq 9,269 mln. manat təşkil edib. Nəticədə, bankın əldə etdiyi mənfəətin həcmi 0,355 mln. manat olub. Xatırladaq ki, ötən ilin yanvar-sentyabr aylarını bank 0,724 mln. manat zərərlə başa vurub.

Bundan başqa, bu müddət ərzində bank tərəfindən əlavə 6 filial açılıb, 4 bankomat və 39 POS-terminal quraşdırılıb. Bununla yanaşı, son bir ildə bankın işçilərinin sayı 12,4% artaraq 327 nəfərə, orta aylıq əmək haqqı isə 2,5% artaraq 443 manata çatıb.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 15 filialı, 10 bankomatı və 129 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR