Bank Of Baku

Azərbaycanda inflyasiya sentyabrda 0,4% olub

Azərbaycanda inflyasiya sentyabrda 0,4% olub
# 19 oktyabr 2009 14:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sentyabr ayında Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri 2009-cu ilin avqust ayına nisbətən 0,4% bahalaşıb, yanvar-sentyabr aylarında 2008-ci ilin analoji dövrünə nisbətən isə 2,1% ucuzlaşıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, sentyabr ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri avqust ayı ilə müqayisədə 0,4% bahalaşıb, o cümlədən ərzaq mallarının qiymətləri 0,4%, qeyri-ərzaq mallarının qiymətləri 0,1%, xidmət tarifləri də həmçinin 0,4% bahalaşıb. Yanvar-sentyabr ayları ərzində 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 2,1%, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,4% ucuzlaşıb, qeyri-ərzaq mallarının qiymətləri 4,3%, xidmət tarifləri isə 6,4% bahalaşıb.

Məlumat üçün bildirək ki, Beynəlxalq Valyuta Fondu 2009-cu ildə Azərbaycanda illik inflyasiyanın səviyyəsinin 4%-ə düşəcəyini proqnozlaşdırır. BVF-nin ekspertləri hesab edirlər ki, MDB, Şərqi və Mərkəzi Avropanın 27 ölkəsi arasında Azərbaycan istehlak qiymətlərinin indeksi üzrə 13-cü yeri tutacaq. MDB ölkələrində orta illik inflyasiya bu il 12,6% təşkil edəcək. Bununla belə vurğulanır ki, Rusiyada qiymət artımı nəzərə alınmazsa, bu göstərici 11,9%-ə bərabər olacaq. Bölgədə ən yüksək qiymət artımı məhz Rusiya (12,9%) və Serbiyada (10%) gözlənilir.

Maraqlıdır ki, Valyuta Fondunun ehtimallarına əsasən, yalnız Azərbaycan, Moldova, Gürcüstan və Ermənistanda 2009-cu ildə inflyasiya 5%-dən çox olmayacaq.

Qeyd edək ki, Azərbaycan 27 ölkə sırasında qiymətlərin enməsi üzrə lider dövlət hesab oluna bilər. BVF-nin proqnozlarına görə, 2010-cu ildə Azərbaycanda inflyasiya 7% səviyyəsində gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR