Bank Of Baku

Azərbaycan İnvestisiya Şirkəti yaxın aylarda mövcud vəsaitlərin istifadəsini başa çatdıracaq

Azərbaycan İnvestisiya Şirkəti yaxın aylarda mövcud vəsaitlərin istifadəsini başa çatdıracaq
# 19 oktyabr 2009 14:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) sərbəst vəsaitlərinin təxminən 50%-ni artıq istifadə edib. «APA-Economics»in məlumatına görə, bunu AİŞ-in icraçı direktoru Əfqan İsayev bildirib.

Onun sözlərinə görə, AİŞ-in 90 mln. manatlıq vəsaitin (nizamnamə kapitalı) 42 mln. manatı artıq bir sıra layihələrin icrasına istifadə olunub: «Bu ilin sonu – gələn ilin əvvəlində AİŞ-in sərbəst vəsaiti, yəni qalan 48 mln. manatın tam istifadə olunacağı gözlənilir. Əgər ehtiyac olarsa, biz Azərbaycan hökumətinə AİŞ-ə əlavə vəsaitin ayrılması ilə bağlı müraciət edəcəyik».

Xatırladaq ki, AİŞ 2006-cı ilin mart ayında yaradılıb. Şirkətin investisiya fəaliyyətinin məqsədi əsasən ölkə iqtisadiyyatının qeyri-neft sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətləri və digər kommersiya təşkilatlarının nizamnamə kapitalında iştirak payı, o cümlədən səhmlər almaqla müddətli investisiya qoyuluşunun həyata keçirilməsindən ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR