Bank Of Baku

«Bank Avrasiya»nın mənfəəti son bir ildə 39 % artıb

«Bank Avrasiya»nın mənfəəti son bir ildə 39 % artıb
# 20 oktyabr 2009 06:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Avrasiya» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin oktyabr ayının 1-nə 36,103 mln. manat təşkil edib ki, bu da ötən ilin oktyabrın 1-nə olan göstərici ilə müqayisədə 29,3% azdır.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 62,2% azalaraq 10,633 mln. manat, kredit portfeli 34% azalaraq 17,928 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 25,7% artaraq 3,953 mln. manat olub. Bu müddət ərzində bankın məcmu kapitalı 0,4% artaraq 20,908 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 20 mln. manat təşkil edib.

Qeyd edək ki, son bir il ərzində bankın gəlirləri 3,8% artaraq 4,059 mln. manata, xərcləri isə 27,4% artaraq 3,220 mln. manata çatıb. Nəticədə, bankın mənfəəti 38,6% artaraq 0,610 mln. manat təşkil edib.

Xatırladaq ki, «Bank Avrasiya» ASC-yə lisenziya 2007-ci ilin noyabr ayında verilib. Hazırda bankın 1 filialı, 2 bankomatı və 21 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR