Bank Of Baku

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 3,4 dəfə azalıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 3,4 dəfə azalıb
# 20 oktyabr 2009 07:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər 129 dövləti ilə ticarət əlaqələri qurub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu dövr ərzində xarici ticarət dövriyyəsinin həcmi 12 407,7 mln. ABŞ dolları, o cümlədən ixrac 8 584,5 mln. dollar, idxal isə 3 823,2 mln. dollar təşkil edib. Ticarət əlaqələrinin 69,2%-i ixracın, 30,8%-i idxalın hesabına formalaşıb. Nəticədə, 4 761,3 mln. dollarlıq müsbət saldo yaranıb.

Hesabat dövründə xarici ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 dəfə, o cümlədən ixrac 4,4 dəfə, idxal isə 15,1% azalıb. Bununla yanaşı, xarici ticarət dövriyyəsinin müsbət saldosu da 7 dəfə azalıb.

İdxal-ixrac əməliyyatlarının 16,9%-i İtaliya, 9,6%-i ABŞ, 8,6%-i Rusiya, 7,1%-i Fransa, 5,6%-i İsrail, 5,4%-i Türkiyə, 3,6%-i Kanada, 3,5%-i Almaniya, 3,3%-i Tayvan (Çinin əyaləti), 3,2%-i Böyük Britaniya, 3%-i Çin, 2,9%-i İndoneziya, 2,8%-i Ukrayna, 2,5%-i Gürcüstan, 2,3%-i Malayziya, 19,7%-i isə digər ölkələrlə aparılıb.

Hesabat dövründə mal mübadiləsinin 88,2%-i, o cümlədən ixracın 90,5%-i, idxalın isə 83%-i sərbəst dönərli valyuta sövdələşmələri yolu ilə həyata keçirilib.

Qeyd edək ki, 2009-cu ilin yanvar-avqust aylarında MDB-yə üzv olan ölkələrlə ticarət dövriyyəsinin ümumi həcmi 1,669 mlrd. dollar, o cümlədən idxal 1 103,6 mln., ixrac isə 565,4 mln. dollar olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR