Bank Of Baku

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşunun həcmi son bir ildə 18% artıb

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşunun həcmi son bir ildə 18% artıb
# 20 oktyabr 2009 07:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sentyabr ayının 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşunun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18,2% və ya 1,2 mlrd. manat artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə kredit qoyuluşunun həcmi 7,6 mlrd. manata çatıb. Kredit qoyuluşunun 47,6%-i dövlət, 50%-i özəl banklar, 2,4%-i isə qeyri-bank kredit təşkilatları tərəfindən həyata keçirilib. Verilmiş kreditlərin 72%-ni uzunmüddətli kreditlər təşkil edib. Ödənilmə vaxtı keçmiş kreditlərin məbləği 274,9 mln. manat olub ki, bu da ümumi kreditləşmənin 3,6%-nə bərabərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR