Bank Of Baku

ABŞ Federal Ehtiyatlar Sisteminin rəhbəri: Böhrandan ilk olaraq Asiya ölkələri çıxacaq

ABŞ Federal Ehtiyatlar Sisteminin rəhbəri: Böhrandan ilk olaraq Asiya ölkələri çıxacaq
# 20 oktyabr 2009 08:05 (UTC +04:00)
Bakı – APA-Economics. ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) rəhbəri Ben Bernanke hesab edir ki, böhrandan ilk olaraq Asiya ölkələri çıxacaq.
APA-Economics”in xəbərinə görə, B.Bernanke bildirib ki, indi Asiya ölkələri istehlakçı tələbatını stimullaşdırmaq üzrə təmərküzləşməlidirlər: “Ən pis perspektivlərdən yayınmaq mümkün olsa da, qarşıda bizi çətin problemlər gözləyir. İqtisadiyyatın sağlamlaşdırılması böyük ehtimalla əvvəlcə aşağı templə olacaq, işsizliyin səviyyəsi isə əvvəlki yüksək göstəricilərlə müqayisədə tədricən azalacaq”.
FES rəhbəri deyib ki, iki il sürən kəskin böhran səbəbindən beynəlxalq maliyyə bazarları hələ də ağır vəziyyətdədirlər: “Əsas problem fərdi və korporativ kreditlərin alınmasındakı çətinliklərdir. Böhran maliyyə sistemindəki boşluqlara, xüsusən maliyyə sistemində ölkələrin hökumətləri tərəfindən qayda və nəzarətin qurulması kimi məsələlərə ciddi diqqət yetirilməsini zəruri edir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR